Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

Terrorçunun alqışla qarşılanması ABŞ-da hiddət doğurub


Partladılan təyyarədə ölənlərin yaxınları Nyu-Yorkda etiraz aksiyası keçirməyi planlaşdırırlar. Onlar Liviya lideri Qəddafinin BMT qərargahına gəlməsinə etiraz bildirəcəklər.

Etiraza səbəb 1988-ci ildə Şotlandiyanın Lokerbi şəhəri üzərində Amerika təyyarəsini partladan əl-Meqraninin həbsdən azad edildikdən sonra Liviyada alğışlarla qarşılanmasıdır.

Əl-Meqranini xərçəng xəstəliyinə tutulduğu üçün Şotlandiya həbsxanasından azad ediblər.

“Lokerbi faciəsi” zamanı 20 yaşlı qızını itirən Suzan Koen əl-Meqraninin azadlığa buraxılmasını “terrorçuluğın triumfu” adlandırıb.

“Lokerbi faciəsi” zamanı 270 nəfər ölmüşdü.

Ağ evin sözçüsü Robert Gibs deyib ki, əl-Meqraninin qarşılanması səhnəsi onları hiddətləndirib.

"Biz Liviya rəhbərliyi ilə əlaqə saxlamışıq və bu şəxslə bağlı hadisələri izləyirik. Bizcə dünən göstərilən video təhiqramizdir və faciə qurbanlarının yaxınlarının heysiyyatına toxunur".
XS
SM
MD
LG