Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:39

Ramazan bayramının ən yaxşı xurmasına "Obama" adı qoyublar


Bu ilki Ramazan bayramı üçün Misir tacirləri satdıqları ən yaxşı xurmaya “Obama” adı veriblər. Bu, Amerika prezidentinin iyunda Misirdən İslam dünyasına müraciətinin doğurduğu müsbət reaksiya ilə bağlıdır. (AP)

Misirdə hər il Ramazan dövründə satılan xurmaların ən yaxşısına və ən pisinə ad qoymaq ənənəsi var.

Obama Qahirədə etdiyi çıxışda müsəlman dünyasıyla yaxşı münasibətlər qurmaq istədiyini demişdi.

Bununla da Misirdə sabiq Amerika prezidenti Corc Buşun İslam dünyası ilə korladığı münasibətlərin düzələcəyinə ümid yaranmışdı. Bundan əvvəlki Ramazan bayramları zamanı ən pis xurmaya məhz Buşun adı verilmişdi.

Obama xurmasının kilosu 5 dollara satılır. Bir dollar artıq qiymətə isə daha yaxşı xurma növü almaq olar – “Super Obama”.

Günün bütün mövzuları

XS
SM
MD
LG