Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:20

Keçmiş baş naziri daşla gözündən vurdular


4 nəfər gənc Çexiyanın keçmiş baş naziri Mirek Topolaneki ölkə parlamentinin aşağı palatasına oktyabrın əvvəli keçiriləcək seçkilər ərəfəsində təbliğat kampaniyası apararkən daşa basıb. Hadisə ölkənin cənub-şərqində - Hustopetse şəhərində baş verib.

Topolanek yüngül xəsarət alıb. Daşlardan biri onun sağ gözünün üstünə dəyib. Bu barədə onun partiyasından bildiriblər.

Amma keçmiş baş nazir xəstəxanaya getməyib. Topolanekin hökuməti bu ilin əvvəli parlamentdə etimad səsverməsini uduzandan sonra istefaya gedib.

Polis istintaqa başlayıb. (Röyters)
XS
SM
MD
LG