Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:02

Mağaza müdiri müavinləri üçün treninq keçirilib


AzərTac xəbər verir ki, ADA Şirkətlər Qrupunun Tədris Mərkəzində mağaza müdirlərinin müavinləri üçün “Menecmentin əsasları” adlı treninq keçirilib.

Proqrama komanda quruculuğu, uğurlu və uğursuz komandaların təhlili, komanda işinin qaydaları, birgə işi yaxşılaşdırmaq üçün praktiki məsləhətlər, liderlik, lideri və meneceri fərqləndirən cəhətlər, rəhbərlik üslubları daxildir.

Treninqdə, həmçinin, məqsədlərin təyin olunması, yaxşı planın əsas hissələri, planın yerinə yetirilməsi, tapşırıq növləri, iş yerində münaqişələrin həlli və problemli işçiləri idarəetmə üsullarına da toxunulub.

Dörd gün davam edən təlimlərdə 58 mağaza müdirinin müavini iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG