Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:40

Azarkeşlərin hərəkəti futbol klubunu çökdürə bilər


UEFA Rumıniyanın Dinamo Buxarest klubuna qarşı sanksiya tətbiq edə bilər. Qurumun nizam-intizam komitəsi məsələyə gələn həftənin 2-ci günü baxacaq.

Avqustun 20-də “Dinamo” öz meydanında Çexiyanın “Slovan” Liberets komandasına uduzarkən – 88-ci dəqiqədə rumın azarkeşlər qəzəblənərək təhlükəsizlik səddini aşıblar və meydana daxil olmağa başlayıblar. Hakim oyunu dayandırmağa məcbur olub.

Rumıniyanın futbol federasiyası ehtiyat edir ki, komandanı bir neçə illiyinə Avropa yarışlarından iştirakdan kənarlaşdıra bilərlər. Bu isə “Dinamo”nu maddi cəhətdən çökdürə bilər.

UEFA rəsmisi isə deyib ki, nizam-intizam komissiyası 2-0 hesabını təsdiqləyə, ya da “Dinamo”ya bundan böyük məğlubiyyət verə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG