Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:48

Moskva terror versiyasını rədd edir


Rusiya rəsmiləri Sayan-Şuşensk elektrik stansiyasında partlayış törədilməsi versiysını rədd ediblər. Onlar bildiriblər ki, hadisə yerində partlayıcı maddə izləri tapılmayıb.

İslamçı çeçen yaraqlı qrupu İnternetdə yaydığı bəyanatda Rusiyanın ən böyük elektrik stansiyasında baş verənlərin onun törətdiyi terror aktının nəticəsi olduğunu bildirib.

Qrup iddia edir ki, bu “əməliyyat” onların Rusiyaya qarşı başladıqları “iqtisadi müharibəsinin” bir hissəsidir.

Bu həftənin birinci günü Sayan-Şuşensk SES-də baş verən qəza nəticəsində 75 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG