Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:38

Donuz qripinin 2-ci dalğası başalaya bilər


Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çan dünya ölkələrini donuz qripinin mümkün ikinci dalğasına hazırlaşmağa çağırıb. O xəbərdarlıq edib ki, təşkilat əlində olan vaksinləri hansı ölkələr arasında paylamaqla bağlı çətinliklərlə üzləşə bilər.

“Biz bilmirik ki, bu “ərköyün” virus özünü necə aparacaq. Başqa viruslarla bağlı təcrübə göstərir ki, biz, mümkün ikinci, hətta üçüncü dalğaya da hazır olmalıyıq”.

İndiyəcən donuz qripindən dünyada 1800 nəfər ölüb. Azərbaycanda donuz qripinə 2 nəfərin tutulduğu bildirilsə də, onlar bir müddət sonra xəstəxanadan evə buraxıldı.
XS
SM
MD
LG