Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:42

Ayətulla müxalifət liderlərinin həbsinə çağırıb


İranın nüfuzlu ruhanilərindən biri müxalifət liderlərinin həbsinə çğırıb.

Mühafizlər Şurasının rəhbəri Ayətulla Əhməd Cənnəti cümə namazı zamanı çıxışında deyib ki, prezident seçkilərindən sonrakı iğtişaşların təşkilinə görə “bəziləri həbs edilib, bəziləri isə yox. Niyə müxalifət rəhbərləri dəmir barmaqlıqlar arxasında deyil?”.

İyunun 12-dəki seçkilərin saxtalaşdırıldığını bildirən müxalifət küçələrə çıxandan sonra polislə toqquşma baş verib. 2 minəcən müxalifət fəalı tutulsa da, müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi həbs ediılməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG