Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:29

1:3-3:1 - «Bakı» da uduzdu, «Qarabağ» da


Jurnalistlər «Bakı»-Bazel» oyununu izlərkən

Jurnalistlər «Bakı»-Bazel» oyununu izlərkən

Avqustun 20-də UEFA - Avropa Liqasının təsnifat mərhələsində «Bakı» klubu İsveçrənin «Bazel» klubuna, «Qarabağ» isə Hollandiyanın «Tvente»sinə 1-3 hesabı ilə məğlub olub.

Tofiq Bəhramov stadionunda «Bakı»-«Bazel» oyunu qarşılıqlı hücumlarla başlayib. Birinci hissədə hər iki komandanın qol vurmaq şansları olsa da, bunlar heç bir nəticə verməyib.

İlk hissə qolsuz heç-heçə ilə başa çatıb.

İkinci hissəyə aramsız hücumlarla başlayan «Bakı», 50-ci dəqiqədə Bəxtiyar Soltanovun qolu ilə hesabda irəli keçib. «Bazel»in qollarını 72, 75, 78-ci dəqiqələrdə Ştreller vurub.

Cavab oyunu avqustun 27-də İsveçrədə olacaq. «Bakı» növbəti mərhələyə adlamaq üçün qol buraxmamaq şərti ilə «Bazel»in qapısına ən azı 3 qol
"Bakı"nın oyunçusu sarı kartla razı deyil
vurmalıdır.

Hollandiyada da oyun Azərbaycandan gəlmiş klubun məğlubiyyəti ilə başa çatıb. Hollandiyada «Tvente» klubu ilə qarşılaşan Ağdamın «Qarabağ» komandası 1-3 hesabıyla məğlub olub.

«Qarabağ» 8-ci dəqiqədə hesabı açıb. Qolu Vüqar Nadirov vurub.

Ev sahibləri 38-ci dəqiqədə bərabərlik qolunu vurublar.

Qonzalez fərqlənib. Birinci hissənin son dəqiqəsində «Tvente»li müdafiəçilərin səhvindən istifadə edib qapıçı ilə təkbətək çıxan Vüqar Nadirov «Qarabağ» azakeşlərini sevindirə bilməyib, qapıçı zərbəni qaytara bilib.

Qonzalez 66-cı dəqiqədə daha bir qol vurub. 81-ci dəqiqədə isə Duqlas komandasına 3-cü qolun sevincini yaşadıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG