Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:59

Gəncə-Kiyev reysi açılıb


Bu həftə birbaşa, müntəzəm Gəncə-Kiyev-Gəncə aviareysi açılıb. Reysi Ukraynanın "Donbass Aero" şirkəti həyata keçirir. (Turan)

Yeni reysin fəaliyyətə başlaması ilə Azərbaycan əhalisi və respublikanın qonaqları Kiyevdən Moskva, Təl-Əviv, Praqa, Varşava, Budapeşt, Nyu-York, Toronto istiqamətlərinə uçmaq üçün Borispol hava limanının xidmətlərindən istifadə edə biləcək, həmçinin Ukraynanın şəhərlərinə minimal müddətdə çatmaq imkanı qazanacaqlar.

Bu, "Donbassaero"nun Azərbaycan istiqamətində həyata keçirdiyi üçüncü reysidir. Hər cümə bu aviaşirkət Donesk-Bakı və Odessa-Bakı (Donetskdən) marşrutları üzrə uçuşlar həyata keçirir.

Gəncə Azərbaycanın ikinci böyük şəhəridir və burada 400 minə yaxın əhali yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG