Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:00

ABŞ terrorçunun azadlığa çıxmasına təəssüflənir


Amerika - Şotlandiyanın liviyalı terrorçunu həbsdən azad etmək qərarına - təəssüflənir.

Abdel Baset əl-Meqrani - 1988-ci ildə Şotlandiyanın Lokerbi şəhəri üzərində Amerika təyyarəsini partladaraq 270 nəfəri öldürməkdə təqsirli bilinmişdi və ömürlük həbs cəzası çəkirdi.

Amma xərçəng xəstəliyinə tutulduğuna görə Şotlandiya rəsmiləri onu azad etmək qərarına gəliblər, bildiriblər ki, o, çox yaşamayacaq.

Ağ evdən deyiblər ki, onlar dəfələrlə Şotlandiyadan xahiş etmişdilər ki, əl-Meqranini azad etməsin. Terror aktı zamanı ölən amerikalıların qohumları da bu fikirdə idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG