Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:01

Əfqanıstandakı seçkilər başa çatdı, səslər sayılır


Əfqanıstanda prezident və əyalət şuralarına keçirilən seçkilər başa çatıb. Səslərin sayılmasına başlanıb. Seçicilərin fəallığına görə səsvermə 1 saat uzadılmışdı.

Polis deyir ki, ümumilikdə seçicilərin neçə faizinin səsvermədə iştirakını söyləmək hələ tezdir.

Bu arada xəbərlər yayılıb ki, ölkənin şimalında – yaraqlılar Bağlan şəhərinə hücum ediblər, yerli polisin bildirdiyinə görə, hücum edənlərin 22-si öldürülüb. Kabulda isə - polisin məlumatına görə, binalardan birini ələ keçirən 2 yaraqlı məhv edilib. Yaraqlılar Herat əyalətinin Şindand rayonunda 3 seçki məntəqəsini yandırıblar, səsvermə qutuları məhv edilib. Amma hücum zamanı səsvermə məntəqəsində olanlara xətər yetirilməyib.

Bu - Əfqanıstanın tarixində ikinci prezident seçkiləridir.

Prezidentlik kürsüsünə 30 nəfər iddalıdır. Ancaq müşahidəçilər hesab edir ki, qələbəyə ən şanslı namizəd 8 ildir Əfqanıstana prezidentlik edən Həmid Kərzayidir.

Rəy sorğusuna görə, Kərzayinin əsas rəqibi keçmiş Xarici İşlər naziri Abdulla Abdulla və sabiq planlaşdırma naziri Ramazan Bəşərdostdur.
XS
SM
MD
LG