Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:22

Dünyanın ən nüfuzlu 100 qadını


Dördüncü ildir ki, siyahıya Almaniya kansleri Angela Merkel başçılıq edir

Dördüncü ildir ki, siyahıya Almaniya kansleri Angela Merkel başçılıq edir

ABŞ-ın «Forbes» jurnalı dünyanın ən nüfuzlu 100 qadınının siyahısını hazırlayıb. Siyahı dünən yayılıb. Bu siyahı populyarlıq, ya da şan-şöhrət əsasında deyil, nüfuz əsasında tərtib olunub.

«Forbes» bu siyahı üçün namizədləri toplayanda ölkələri, böyük şirkətləri və ya qeyri-hökumət təşkilatlarını idarə edən qadınları seçib. Onların da sırası iki əsas göstərici ilə tutulub, medianın diqqətini çəkən görünüşü və həmin qadının idarə etdiyi təşkilatın, ya da dövlətin böyüklüyü.

Dördüncü ildir ki, siyahıya Almaniya kansleri Angela Merkel başçılıq edir. O, dünyada böyüklüyünə görə dördüncü olan bir ölkənin iqtisadiyyatına rəhbərlik edir.

Siyahıda ikinci olan ABŞ-ın Depozit Sığortası Korporasiyasının rəhbəri Sheila Bair 77 banka rəhbərlik edir. Üstəlik də öz təşkilatı üçün daha geniş səlahiyətlər almaq uğrunda mübarizə aparır.

«Forbes»in siyahısında 63 nəfər ABŞ-ı təmsil edir. ABŞ-ın birinci xanımı Michelle Obama siyahıda 40-cı yerdədir.

Siyahıya Türkiyədən «Sabançı» holdinqinin rəhbəri Guler Sabançı düşüb. Jurnal qeyd edir ki, beynəlxalq iqtisadi böhrana baxmayaraq, xanım Sabançı «Air Berlin» şirkətinin 15%-ni almağa çalışır, Qahirədəki iş maşınları zavodunu genişləndirir.

«Forbes» jurnalının ən nüfuzlu qadınlar siyahısından ilk on xanım bunlardır:

Angela Merkel – Almaniyanın kansleri – Almaniya.
Sheila Bair – ABŞ-da Federal Depozit Sığortası Korporasiyasının rəhbəri - ABŞ.
Indra Nooyi – PepsiCo şirkətinin rəhbəri – ABŞ.
Cynthia Carroll - Anglo American şirkətinin rəhbəri – Böyük Britaniya.
Ho Ching – Temasek şirkətinin rəhbəri – Sinqapur.
Irene Rosenfeld – Kraft Foods şirkətinin rəhbəri – ABŞ.
Ellen Kullman – DuPont şirkətinin rəhbəri – ABŞ.
Angela Braly – WellPoint şirkətinin rəhbəri – ABŞ.
Anne Lauvergeon – Areva şirkətinin rəhbəri – Fransa.
Lynn Elsenhans – Sunoco şirkətinin rəhbəri – ABŞ.

Sheila Bair – ABŞ-da Federal Depozit Sığortası Korporasiyasının rəhbəri










Indra Nooyi – PepsiCo şirkətinin rəhbəri










Cynthia Carroll - Anglo American şirkətinin rəhbəri






Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG