Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:11

İraqda təhlükəsizlik xidmətinin 10 rəsmisi tutulub


İraqda təhlükəsizlik xidmətinin 10 yüksək rütbəli rəsmisi tutulub.

Ordu rəsmisi general Qasım Atta bildirib ki, saxlananlar avqustun 19-da Bağdadda baş verən silsiləvi partlayışlar ilə bağlı dindirilir. Həmin terrorda azı 95 nəfər ölüb, 500-dən artıq yaralı var.

Avqustun 20-də isə Bağdadda partlayışdan azı 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

İraq hökuməti bildirib ki, hadisəyə görə «Əl-Qaidə» və keçmiş diktator Səddam Hüseynin tərəfdarları məsuliyyət daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG