Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:41

«GEN» MMC-dən zərər çəkənlər Elbrus Hacıyevin həbsini tələb edirlər


Avqustun 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «GEN» MMC-nin rəhbəri Elbrus Əliyevin məhkəməsi zərərçəkmişlərin ifadələri ilə davam edib. Prosesdə 13 zərərçəkmiş dindirilib. Zərərçəkmişlər ifadələrində göstəriblər ki, mənzil almaq üçün «GEN» MMC-yə müxtəlif məbləğlərdə pullar ödəyiblər. Onların sözlərinə görə, son vaxtlar isə şirkətin rəhbəri Elbrus Əliyev ortadan çıxıb. Əvəzində Elbrus Hacıyev, Ağa Seyidov və digərləri müştərilərin qarşısına çıxaraq bildiriblər ki, artıq Elbrus Əliyevin şirkətə aidiyyatı yoxdur və şirkətin işlərini onlar idarə edirlər. Elbrus Hacıyev pullarını geri tələb edən müştərilərə deyib ki, yaxın vaxtlarda onlara mənzil veriləcək.

Zərərçəkmişlərin nümayəndəsi Vidadi İskəndərov Elbrus Hacıyevin həbs edilməsi ilə bağlı məhkəmə qarşısında növbəti dəfə vəsatət qaldırıb. Vəkilin digər vəsatəti isə BŞBPİ-nin Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin rəisi, o cümlədən, «GEN» MMC işi üzrə istintaqa rəhbərlik etmiş Etibar Mahmudovun və istintaq qrupunun digər üzvlərinin məhkəməyə çağırılması və dindirilməsi ilə bağlı olub.

Elbrus Hacıyev bu iş üzrə həbs olunub və 9 ay həbsdə qalıb. «GEN» MMC işi üzrə adı keçən çoxsaylı zərərçəkmişlər həm ibtidai istintaqda, həm də məhkəmədə verdikləri ifadələrində Elbrus Hacıyev tərəfindən aldadıldıqlarını bildiriblər. Lakin istintaq yalnız iki zərərçəkmişi tanıyıb və Elbrus Hacıyevin işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə baxılaraq o, şərti cəza ilə azadlığa buraxılıb.

Vidadi İskəndərovun AzadlıqRadiosuna verdiyi məlumata görə, «GEN» MMC şirkətinin rəhbəri, hazırda məhkəmə qaşrısında dayanan Elbrus Əliyevin mühafizəçisi olmuş Elməddin Əliyev həbs edilib.

Elməddin Əliyev Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə axtarışda idi. Elməddin Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat qrupu tərəfindən həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG