Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:16

Suriya prezidenti İrana gedib


Suriya prezidenti Bəşər Əsəd İranda səfərdədir. İranın dövlət radiosu bildirib ki, o, müttəfiqi Mahmud Əhmədinejatı prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik etmək üçün Tehrana gəlib.

Bəşər Əsədin həm də Fransanın adından lobbiçilik edəcəyi gözlənilir. O, İran hökumətini fransalı akademik Klotilde Reissi azadlığa buraxmağa çağıracaq. Reiss İranda prezident seçkilərindən sonra keçirilən aksiyalar zamanı həbs olunub.

Fransalı ötən həftə zaminə buraxılsa da, qanuna görə ölkəni tərk edə bilməz.

Suriya buna qədər daha bir Fransa-İran vətəndaşının azadlığa buraxılmasına nail olmuşdu.
Fransa bundan ötrü İrana təşəkkür edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG