Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:21

Maykl Cekson avqustun 29-da dəfn olunacaq


Maykl Ceksonla vida mərasimi iyulun 8-də Los Ancelesdə keçirilib
Maykl Ceksonla vida mərasimi iyulun 8-də Los Ancelesdə keçirilib
Amerikanın pop ulduzu Maykl Cekson bu ayın sonunda torpağa tapşırılacaq. Onun 51 yaşı tamam olan gün.

Müğənninin ailəsi bildirib ki, Cekson avqustun 29-da Los Angels ətrafındakı Qlendeyldə dəfn olunacaq. Dəfn mərasimində yalnız mərhumun yaxınları və dostları iştirak edəcək.

Maykl Cekson iyunun 25-də 50 yaşında ürək tutmasından vəfat edib.

Rəsmilər hazırda onun ölüm səbəblərini araşdırır. Ehtimal var ki, müğənnin ölümünə yuxu və sakitləşdirici dərmanlardan artıq miqdarda qəbul edilməsi səbəb ola bilərdi.

Maykl Ceksonla vida mərasimi iyulun 8-də Los Ancelesdə keçirilib. Staples Center stadionuna müğənninin minlərlə pərəstişkarı toplaşıb. Milyonlarla tamaşaçı isə vida mərasimini canlı olaraq izləyib.
XS
SM
MD
LG