Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:58

Dünya Humanitar Yardım Günüdür


Avqustun 19-u Dünya Humanitar Yardım Günüdür. BMT-nin təsis etdiyi bu gün ilk dəfədir ki, qeyd olunur. BMT baş katibinin müraciətində deyilir ki, «bu əlamətdar gün elə bir imkandır ki, milliyyətindən, irqindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq bütün dünya insanlarına kömək sahəsində nə səviyyədə irəliləyiş əldə etdiyimizi bir daha vurğulaya bilərik. Bu təqdirəlayiq bir müvəffəqiyyətdir ki, dünya qlobal böhranlarla sarsıldığı zaman, yardıma ehtiyac olan zaman BMT-nin humanitar heyəti bir neçə saat ərzində lazımı yerdə olmaq imkanına malikdir» .

Müraciətdə bildirilir ki, hər kəs humanitar yardımın vacibliyini dərk etsə belə, özünü bu yola həsr edən qəhrəman kişi və qadınların necə təhlükələrə məruz qaldıqlarından tam olaraq xəbərdar deyil. «Dünya Humanitar Yardım Günün öz vəzifə borclarını yerinə yetirərkən yaralanmış və ya həyatını itirmiş humanitar yardım işçilərinin əməyinə ən yüksək qiymətin verildiyi gündür»- müraciətdə belə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG