Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:26

Hava yenidən soyuqlaşacaq


Aqvustun 19-u gecəsi ölkə ərazisində hava yenidən soyuqlaşacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozlar bürosunun direktoru İmran Məmmədovun AzadlıqRadiosuna verdiyi məlumata görə, isti hava şəraiti avqustun 19-da da müşahidə ediləcək. Amma 20-nə keçən kecə temperatur bir neçə dərəcə aşağı düşəcək:

«Dağlıq raoynlarda dolu düşəcəyi, bəzi yerlərdə leysan olacağı gözlənir. Yağış yağması, şimal küləyinin güclənməsi proqnozlaşdırılır. Temperatur 4-5 dərəcə enəcək. Avqustun 22-23-də kəskin hava şəraiti olacaq. Qeyri-sabit hava şəraiti həftənin sonuna kimi davam edəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG