Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:27

«Arkitik dəniz»i quldurlar qaçırıbmış


Rusiyanın Müdafiə naziri bildirib ki, üç həftəyə yaxın itkin düşmüş ticarət gəmisi quldurlar tərəfindən qaçırılmışdı.

Anatoli Serdyukov 8 nəfərin həbs olunduğunu deyib. Tutulanların üçü Rusiya, Estoniya və Latviya vətəndaşıdır.

Rusiyanın hərbi gəmisi Rusiyanın yük gəmisini avqustun 17-də Kape Verde sahillərində aşkarlayıb. Gəmi iki həftə əvvəl Əlcəzairdə təmirə verilməli idi.

Serdyukov bildirib ki, silahlı quldurlar «Arkitik dəniz» gəmisinə sürətli köpürdülən qayıqla yaxınlaşıb və gəmi heyətini Qərbi Afrika istiqamətində üzməyə məcbur edib.
XS
SM
MD
LG