Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:07

«Elçibəyi heç vaxt bağışlamayacağam»


«İslam Kərimov bizimkilərlə müqayisədə toya gedəsidir»

«İslam Kərimov bizimkilərlə müqayisədə toya gedəsidir»

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus AzadlıqRadiosunun «İşdən sonra» proqramında müxtəlif prezidentlərin dövründə Azərbaycanda söz azadlığının vəziyyətini qiymətləndirib. Müsahibənin maraqlı hissələrini təqdim edirik:

- 1988-ci ildən 1991-ci ilədək mən həmin vaxt Moskvada çap edilən «Ekspress-Xronika» qəzetinin müxbiri idim. Pulsuz çalışırdım. Hər gün məlumat verirdik. Ancaq o zaman çox açıq, senzurasız məqalə yazırdım. Bu, Kamran Bağırovun vaxtında idi. Mənə heç bir rəsmi şəxs irad tutmurdu.

Əbdürrəhman Vəzirovun vaxtında isə, o, mənimlə görüşdə dedi ki, «mən çox yaxşı bilirəm ki, siz MKİ-yə (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) işləyirsən və oranın çoxdankı agentisən». Düşündüm ki, əgər MKİ-nin agentiyəmsə, niyə «KQB» indiyədək məni həbs etməyib?

Ayaz Mütəllibovun vaxtında isə artıq müstəqil qəzetlər çıxırdı. Ona qarşı ən sərt məqalələrimi çap etdirmişəm. İndi də bakılı dostlarım deyirlər ki, «utanmırsan, məqalənin sərlövhəsində «Sobaka na sene» yazaraq kişiyə «it» dedin?». Mən isə demək istəyirdim ki, ölkəni Mütəllibov özü idarə etmir. Lope de Veqanın əsərini oxumayanlar isə bunu təhqir saydılar. Ancaq Ayaz bəy müsahibələrinin birində mənə «cazibədar sosial-demokrat» demişdi. Bu cür mədəni reaksiyadan sonra düşündüm ki, yazı yazanda təhqir kimi qəbul ediləcək sözlərdən istifadə etməyim.

Əbülfəz Elçibəyin siyasətilə demək olar ki, ilk əvvəldən razı deyildim. O, Azərbaycan Xalq Cəbhəsinin sədri seçiləndə də, prezidentliyə namizəd olanda da mən «yox», dedim. Görüşlərin birində isə, Elçibəy mənə «Mən sizi qəbul etmirəm. Siz həmişə mən qarşı çıxmısınız. Ancaq sizi Xalq Cəbhəsinin digər rəhbərləri qəbul etdiyinə görə, hesablaşıram» dedi.

Elçibəyin səhvləri çox böyükdür. Mən ona heç vaxt bağışlaya bilmərəm ki, Heydər Əliyevi Azərbaycana gətizdirdi. Bu sözləri Elçibəyin ölümündən sonra birinci dəfədir deyirəm. O sağ olanda da çox sərt çıxış edirdim. Əbülfəz Elçibəy bu çıxışlara çox dözümlü idi.

Heydər Əliyevə qarşı mətbuatda da, şəxsi görüşlərdə də çıxış edirdim. 1995-ci ildə Bakıda Britaniya səfirliyinin yeni binasının açılışında onu çox sərt tənqid etdim. Korrupsiyanın baş alıb getməsini vurğuladım. Ancaq yenə də təmkinli münasibət gördüm. Heydər Əliyev vətəndaş cəmiyyətinin üzvlərilə də, mətbuatla da görüşürdü. Görüşdə də açıq suallar vermək imkanı var idi.

İndisə, 2003-cü ildən bəri bu yoxdur. Cəmiyyət artıq qapalıdır. Xaricdən bu qapalılıq açıq-aydın görünür. Toplunun qapalılığı 2005-ci ilin martında, Elmar Hüseynovun qətlindən başladı. Dəhşətli qətl göstərdi ki, Azərbaycanda söz azadlığı bitib.

Adnan və Eminin həbsilə iqtidar bizə, hüquq müdafiəçilərinə «çox böyük kömək göstərdi». Əvvəllər, insan haqlarının pozulması hallarını biz sübuta yetirməyə məcbur idik. İndisə, buna ehtiyac yoxdur. Mən artıq əziyyət çəkmirəm. Hakimiyyət özü bu işi edir. İslam Kərimov onlarla müqayisədə toya gedəsidir.

- Niyə belə vəziyyət yaranıb? Bu suala cavab tapmısınız?

- Bizim elə gecə-gündüzümüz bu suala cavab axtarışından ibarətdir. Tarixə fikir verin. Orta Asiya ölkələri və Azərbaycanda heç vaxt şəxsi mülkiyyət qorunmayıb, orta təbəqə olmayıb. Məhz bu dediklərimin köməyilə söz azadlığı uğrunda mübarizə aparmaq və əsl hakimiyyəti seçmək olar.

Burada hər zaman şah, padşah olub. Onlar da vəzirlərinin satqınlığı haqda düşünərək onun başını kəsmək haqda sərəncam veriblər. Azərbaycanda yeganə imkan 1918-də ADR ilə yaranmışdı, onu da bolşeviklər «qırmızı terror»la kəsdilər. Sonradan isə, keçən əsrin 90-cı illərində Elçibəy hər şeyi korladı – Heydər Əliyevi bura çağırdı. Cəmiyyət demokratik ölkələrdəki əsl həyatı görməyib. Mən belə izah edərdim.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG