Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:06

Azərbaycanın qərb bölgəsinin sahibkarları ilə görüş keçirilib


Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası və Sahibkarlar Kofederasiyası Azərbaycanın qərb bölgəsinin sahibkarları ilə görüş keçirib

Görüşün məqsədi orta və kiçik sahibkarların problemlərinin öyrənilməsi olub.

Layihənin hüquq məsləhətçisi Fəxriyar Cabbarov deyir ki, Korporasiyanın müəyyən etdiyi əsas çətiliklərdən biri də lisenziya və icazələrin alınması ilə bağlıdır.

Tədbirə qatılan 50-yədək sahibkar irihəcimli kreditlərin alınmasında olan çətinliklərdən və vergi dərəcələrinin yüksək olmasından, inhisarçılıq, məmurlar tərəfindən təzyiqlər və korrupsiya kimi amillərdən danışıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG