Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:45

Azərbaycanda kosmik sənayenin yaradılması üzrə dövlət proqramı təsdiq edilib


Prezident İlham Əliyev

Prezident İlham Əliyev

Prezident İlham Əliyev «Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında» sərəncam imzalayıb.

Sərəncamda göstərilib ki, Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı təsdiq edilir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilib.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi dövlət büdcəsi vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Azərbaycanda kosmik sənayenin yaradılmasına 1974-cü ildə başlanılıb. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində «Kosmik cihazqayırma məxsusi konstruktor bürosu» yaradılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG