Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:57

«Tolişi sədo» qəzetinin baş redaktoru həbsxanada vəfat edib


Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri, «Tolişi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov avqustun 17-də Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində vəfat edib.

Bu barədə «APA»ya İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun məlumat verib. Hüquq müdafiəçisi deyib ki, xəbəri ona N.Məmmədovun qohumları verib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən də xəbəri E.Behbudova təsdiqləyiblər.

E.Behbudov bildirib ki, Müalicə Müəssisəsində N.Məmmədovun səhhəti qəflətən pisləşib və həkimlər onu xilas edə bilməyiblər.

N.Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunaraq, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
XS
SM
MD
LG