Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 23:55

Mixalkovun varis planı


Nikita Mixalkov
Nikita Mixalkov
«İskusstvo kino» kino sənəti jurnalı 1931-ci ildə yaranıb və Avropanın ən qədim sənət dərgisi sayılır. Amma illərin keşməkeşlərindən çıxması jurnala bu dəfə kömək etməyib.

Rusiya Kinematoqrafçılar İttifaqının rəhbəri Nikita Mixalkov bu ay jurnalı öz ofisindən çıxarmaq barədə qərar verib.

Redaktor Daniil Dondurey deyir ki, ofisdən çıxarılma jurnalın seçkidə Mixalkovu deyil, veteran rejissor Marlen Xutsıyevi dəstəkləməsinin nəticəsidir:

«Mən və həmkarlarım Xutsıyevə səs verdikdən sonra Mixalkov qərar verdi ki, bizi çölə atsın. Biz hesab etdik ki, müstəqilliyi əldən verməkdənsə, küçəyə atılmaq yaxşıdır. Çünki biz asılı vəziyyətə düşsək, mövcud olmağımızın heç bir əhəmiyyəti yoxdur».
Kinosənayenin nəhənglərindən olan «İskusstvo kino» jurnalının ofisdən çıxarılması Rusiya film sənayesinin gələcəyi ilə bağlı savaşda Şekspir düyünlərindən yalnız biridir.

Qalmaqalın mərkəzində 63 yaşlı Sergey Mixalkov dayanır. Vaxtilə sevimli sovet aktyoru, sonra isə Rusiyanın ən məşhur rejissoru olmuş Mixalkovun Kremllə əlaqələri post-Sovet Rusiyasında mədəniyyət və siyasətin həmişə yanaşı addımladığının daha bir sübutudur.

Amma 2008-ci ilin dekabrında mədəniyyət işçiləri buna son qoymaq istədilər. Dondurey və Kinematoqrafçılar Birliyinin digər üzvləri konqres toplayıb Mixalkovu 20 illik vəzifəsində əvəzləyəcək adamı seçmək istədilər.

Qurultay nümayəndələri Mixalkovu Rusiya film sənayesi üçün az iş görməkdə və birliyin vəsaitlərini dağıtmaqda günahlandırdılar. Onları narahat edən həm də Mixalkovun varis planı idi. O, öz yerinə 39 yaşlı Mixail Poreçenkovu hazırlamışdı.

«Action» filmlərindəki rolları və «Falçıların savaşı» televiziya proqramında aparıcılığı ilə yadda qalan Poreçenkov populyar seçim deyildi. Konqres iştirakçıları heç cür qəbul edə bilmirdilər ki, əvvəl ən yaxşı rejissorların idarə etdiyi bir qurumu indi heç kimin hörmət etmədiyi bir aktyora həvalə edə bilərlər. Elə buna görə də 400-dən artıq nümayəndənin çoxu Xutsıyevə səs verdi.

Amma bunun ardınca Kremlin zallarının birində Kinematoqrafçılar Birliyinin daha bir yığıncağını təşkil edib, əvvəlki qurultayın nəticəsini ləğv etdilər və yenidən Mixalkovu quruma sədr elan etdilər. Moskva məhkəmələrinə həmin yığıncağın qeyri-legitimliyi iddiası ilə 10-a yaxın ərizə daxil olub.

Kremldəki yığıncağa qatılmayanlardan biri də rejissor Yuli Qusmandır.

«Qostinıy Dvorda» baş verənlərə administrasiya həm PR, həm inzibati, həm maliyyə baxımından elə dəstək vermişdi ki…Bu, iki saatlıq hesabatı olan kinoşou idi və orada bircə kəlmə də həqiqət yox idi».

Mixalkov əleyhdarlarını Qərbin himayəsi altında olmaqda və inqilab planlaşdırmaqda günahlandırıb. O iddia edir ki, rəqibləri ona qara yaxmaq üçün 400 min dollar xərcləyiblər.

Kino sənəti jurnalının ofisdən çıxarılması qurultayın yeganə nəticəsi deyil. Xutsıyev də kino institutunda müəllimlikdən uzaqlaşdırılıb. Dondurey deyir ki, Mixalkovla razılaşmayanların çoxu səsini çıxartmamağa məcburdur ki, karyerasına ziyan dəyməsin:

«Onunla razılaşanlar da var, razılaşmayanlar da. Amma narazılar sakit durmağa məcburdur ki, kinonun Mixalkovlu gələcəyində yerlərini əldən verməsinlər. Çox az adam danışır. Onlar da cəzalandırılacaqlar».

Hər halda Mixalkovun əleyhinə danışanların siyahısı da elə az deyil. Onların arasında rus kinosunun əfsanəvi isimləri - Eldar Ryazanov, Yuri Lyubimov, Mark Zaxarov, Aleksey German, Yuri Norşteyn və «Oskar» qazanmış «Günəşdən usananlar» filminin həmmüəllifi Rüstəm İbrahimbəyov var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG