Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:14

Nüvə məsələsindən insan haqlarına


Obama bəyan edə bilər ki, İrandakı son hadisələr bu xalqın əsas hüquq və azadlıqlarına dair narahatlığı aktuallaşdırdığından nüvə məsələsiylə bağlı danışıqları bir kənara qoyaraq əsas diqqəti insan hüquqlarına yönəldir

Obama bəyan edə bilər ki, İrandakı son hadisələr bu xalqın əsas hüquq və azadlıqlarına dair narahatlığı aktuallaşdırdığından nüvə məsələsiylə bağlı danışıqları bir kənara qoyaraq əsas diqqəti insan hüquqlarına yönəldir

Mahmud Əhmədinejadın növbəti 4 il müddətinə prezidentliyə başlaması Barak Obamanı İranın nüvə proqramıyla bağlı onunla yenidən danışıqlara başlamağa vadar edir. Lakin bu danışıqlar heç bir nəticə verməyəcək. Əksinə, Əhmədinejadın hakimiyyətini daha da möhkəmləndirəcək. Halbuki, Birləşmiş Ştatlar tamamilə başqa siyasət yürütməlidir. Amerika İranla nüvəylə yox, insan haqlarıyla bağlı müzakirələrə başlamalıdır.

NÜVƏ PROQRAMIYLA BAĞLI DANIŞIQLAR ƏKS NƏTİCƏ VERƏR

Saxtalaşdırılmış prezident seçkilərindən sonra İran rejimi siyasi dissidentləri amansızcasına təqib etməkdə davam edir. 100-dən çox etirazçı üzərində məhkəmə başlayıb. Təqsirlənənlərin çoxunu ölüm hökmü gözləyir. Müxalifətin başqa üzvləri isə tutulub, işgəncəyə məruz qalıb və xaricə kəşfiyyata işləmələriylə bağlı yalan ifadə verməyə məcbur ediliblər. Belə bir şəraitdə İranla nüvə proqramıyla bağlı danışıqlar nəinki yersiz olar, hətta əks nəticə verər.

Son ayların hadisələri İranda istər rejimdaxili, istərsə də rejimlə müxalifət arasında ciddi fikir ayrılıqlarının olduğunu üzə çıxarıb. Nüvə danışıqları Əhmədinejada diqqəti həmin fikir ayrılıqlarından və onların səbəb olduğu ictimai narazılıqdan yayındırmağa fürsət verə bilər. İran xalqı qürurlu və vətənpərvər xalq olaraq, «İranın nüvə haqqı var» deyən Əhmədinejadın arxasında duracaq. Hətta İran liberallarının əksəriyyəti də İranın belə bir haqqı olduğuna inanır. Lakin insan hüquqlarına dair müzakirələr bunun tamamilə tərsinə nail olmağa imkan verir.

ƏHMƏDİNEJAD DİLEMMA QARŞISINDA QALACAQ

Obama bəyan edə bilər ki, İrandakı son hadisələr bu xalqın əsas hüquq və azadlıqlarına dair narahatlığı aktuallaşdırdığından nüvə məsələsiylə bağlı danışıqları bir kənara qoyaraq əsas diqqəti insan hüquqlarına yönəldir. O, hətta İranda əsas hüquq və azadlıqların təminatında irəliyə doğru konkret addımların atılması əvəzində sanksiyaların tədricən götürülməsi kimi bir plan da irəli sürə bilər.

Bu halda Əhmədinejad dilemma qarşısında qalacaq: Bu planı qəbul edərək ya iranlılara daha geniş azadlıqlar verməklə özünün totalitar rejimini laxtlatmaq, ya da planı rədd edərək İran demokratlarının daha kəskin qəzəbinə tuş gəlmək. İran xalqının əksəriyyəti daha geniş hüquqlar və Qərblə daha yaxşı əlaqələr istəyirlər. Bu plan İran xalqına hər ikisinə nail olmaq üçün fürsət verir.

İran rejimi son 10 ildə Şimali Koreyanın təcrübəsindən bir şey öyrənibsə, o da bundan ibarətdir ki, beynəlxalq ictimaiyyət ərköyün rejimlərin nüvə yolunu kəsməkdə acizdir. Bir sözlə, nüvə məsələsi yalnız İran rejiminin çökməsiylə aradan qalxacaq. Bu baxımdan diqqəti insan haqlarına yönəltmək çox səmərəlidir. Çünki bu, molla rejimini zəiflədəcək və demokratik dəyişiklikləri sürətləndirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG