Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:52

Ekologiya naziri Kilimancaro dağına yürüş edib


Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun rəhbərlik etdiyi ekspedisiya Kilimancaro dağına yürüş edib. Onlar avqustun 16-da Afrika qitəsində dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən Kilimancaro dağının Uhuru zirvəsinə yürüşlərini başa çatdırıblar.

Bu, Azərbaycan bayrağı altında Afrikanın ən yüksək zirvəsinə qalxan birinci qrupdur.

Ekspedisiya “Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli” şüarı altında həyata keçirilib.

Tanzaniyanın şimal-şərqində yerləşən Kilimancaro Afrikanın ən hündür dağ massividir.

Keçən ilin dekabrında da Hüseyn Bağırovun rəhbərlik etdiyi ekspedisiya qrupu Antarktidaya yürüş etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG