Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:36

Ali məktəblərə abituriyentlərin qeydiyyatı başa çatır


Bu il üçün ayrılmış 29 min 30 plan yerinə 27 min 476 abituriyent qəbul olunub

Bu il üçün ayrılmış 29 min 30 plan yerinə 27 min 476 abituriyent qəbul olunub

Avqustun 17-si ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, bu günə kimi qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməyənlər həmin ixtisasdan imtina kimi qiymətləndiriləcək.

Universitetlərin bakalavr pilləsinə qəbulla bağlı keçirilmiş müsabiqədən uğurla keçən şəxslər avqustun 7-dən 17-nə qədər qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşməli idi. Komissiya bəyan edib ki, tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunmuş vaxta qədər bu proseduru başa çatdırmalıdırlar.

Bu il üçün ayrılmış 29 min 30 plan yerinə 27 min 476 abituriyent qəbul olunub. Qəbul planı 98,17 % dolub. Ali məktəblərin bakalavr pilləsinə isə ümumilikdə 114 min abituriyent sənəd vermişdi. (ANS)

Günün bütün mövzuları

XS
SM
MD
LG