Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:42

Fransız İran həbsxanasından zaminə buraxılıb


Fransız müəllim Klotild Ress İran həbsxanasından zaminə buraxılıb. O, Fransanın Tehrandakı səfirliyinə təhvil verilib. Rəsmi Paris müəllimə qarşı qaldırılmış cinayət işinə xitam verməyə çağırır.

Klotild Ress İran İslam rejimini devirmək məqsədi güdən qiyamı qızışdırmaqda ittiham olunur. Fransa prezidenti Nikola Sarkozi deyib ki, bu ittihamla Klotild Ressə qarşı qaldırılmış cinayət işinə heç cür haqq qazandırıla bilməz.

Fransanın xarici işlər naziri Bernar Kuşner zaminə görə pul ödənildiyini desə də, məbləğin o qədər də böyük olmadığını bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG