Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:24

Taliban seçki məntəqələrini partlatmaqla hədələyir


Tliban Əfqanıstanda keçiriləcək prezident seçkilərini pozmaq, seçki məntəqələrini partlatmaqla hədələyib.

Son günlər Qəndəhar və ölkənin digər cənub rayonlarında yayılmış vərəqələrdə əhali seçkiyə getməməyə çağırılır.

Avqustun 20-də Əfqanıstanda növbəti prezident seçkiləri keçiriləcək.

Seçki ərəfəsində ölkədə gərginlik bir qədər artıb.

Dünən Kabilin mərkəzində törədilmiş partlayış nəticəsində azı 7 nəfər ölüb,100-ə yaxın adamsa yaralanıb.

Həmçinin elə həmin gün Helmand əyalətində 1 Britaniya əsgəri minaya düşərək həlak olub.

Britaniya ordusu indiyədək Əfqanıstanda 201 əsgər itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG