Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:53

Cırıq futbolkanın əhvalatı…


«Oyun daha çox yadımda bizim azarkeşlərin ədəbsiz çığırtıları ilə qalıb»
«Oyun daha çox yadımda bizim azarkeşlərin ədəbsiz çığırtıları ilə qalıb»
http://bakrabo4iy.livejournal.com/ bloqunda müəllif yazır ki, oyunu stadiondan izləyib və yadında yalnız iki məqam qalıb: «Oyun daha çox yadımda bizim azarkeşlərin ədəbsiz çığırtıları ilə qalıb. Bir də bizim yığmadan olan oyunçunun futbolkasının cırılması əhvalatı yadımda qaldı. Hakim cırıq futbolka ilə onu oyuna buraxmadı. Bu zaman bir nəfər yaşlı, saçları ağarmış işçi bütün meydan boyu qaçmalı oldu ki, geyim otağından ehtiyat futbolkanı götürsün. Bu, camaatın gözündən yayınmadı, hamı güldü».

«Bizimkilərin də dizləri əsir, bu xəstəlikdən qurtula bilmirlər». Bunu isə bloqçu Əli Məmmədov (http://mamedovali.livejournal.com) yazır: «Birinci qoldan sonra bizimkilər söndülər, halbuki pis başlamamışdılar. Mənim heç olmazsa bir qolla bağlı bütün ümidlərim puç oldu».

«Məncə, Polad Bülbüloğlu diplomatik işdə daha Azərbaycanın və hətta onun rəsmi rəhbərliyinin maraqlarının və iradəsinin ifadəçisi deyil». Bu fikir isə politoloq İlqar Məmmədova aiddir. http://ilgarmammadov.livejournal.com/ bloqunda politoloq yazır ki, Polad Bülbüloğlunun davranışı onun başqa ölkənin maraqlarına xidmət etməsindən xəbər verir. Belə ehtimal olan yerdə isə, politoloqa görə, onun vəzifədə qalması məqsədəuyğun deyil. İlqar Məmmədov yazır:

«Bulbuloqlu v Stepanakerte, voyna nedaleko» adlı yazımda Rusiyanın Azərbaycan və Ermənistan arasında yeni savaş açdırmağa hazırlaşdığını bir daha göstərmişdim. İki-üç həftə sonra, həmin Bülbüloğlu durub-durub birdən Ermənistanın sülhə məcburlanması haqda danışmağa başladı, rus mediası da onun sözlərini geninə-boluna yaydı - guya Azərbaycan bu gün-sabah davaya çıxacaqmış. Prezident Medvedev isə rus ordusunun ölkədən kənarda istifadəsinin asanlaşdırması haqda qanun layihəsini Dumaya təqdim elədi. Beləliklə, Qarabağda savaş başlayan kimi, rus ordusu buraya rahat girə biləcək. Ruslarla bu qədər yaxınlıq edib əvəzində heç nə almamağımızı uğurlu xarici siyasət saymaq olmaz».

http://frontlineclub.com/blogs/alisnovruzov/ bloqunda isə müəllif Əli Novruzov Azərbaycanda elektrik qatarlarının ləğvi məsələsindən yazır. Bloqçu qeyd edir ki, Sovetlərdən sonra, başqa sözlə, Azərbaycan müstəqillik qazananı ictimai nəqliyyat getdikcə tənəzzülə uğrayıb:

«Etinasız münasibət və lazımınca maliyyələşdirilmədiyinə görə, öncə tramvaylar sıradan çıxdı, indi də elektrik qatarları küçələri tərk edir».

Bloqçu yazır ki, elektrik qatarlarının ləğvi əslən Bakıdan olan hər bir vətəndaşı ağrıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG