Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:02

Pxenyan deyir ki,nüvə silahı tətbiq edə bilər


Şimali Koreya bəyan edib ki, əgər Birləşmiş Ştatlarla Cənubi Koreya ona hücum etsələr nüvə silahı tətbiq etməyə hazırdı.

Şimali Koreyanın Müdafiə Nazirliyi dünən Birləşmiş Ştatlarla Cənubi Koreyanın regionda birgə hərbi təlim məşqləri keçirmək planını itiham edib.

Sabah başlayacaq hərbi təlimlər 10 gün çəkəcək.

Pxenyan Birləşmiş Ştatlarla Cənubi Koreyanı ona qarşı hücuma hazırlaşmaqda günahlandırır.

Seulla Vaşinqton isə deyirlər ki, bu təlimlər müdafiə xarakteri daşıyır.
XS
SM
MD
LG