Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:20

Karrubi bir daha məhbuslara işgəncə verildiyini deyib


İran müxalifətinin liderlərindən biri Mehdi Karrubi yenidən həbsdə olan nümayişçilərə işgəncə verildiyini , onların ələ salındığını bəyan edib.

Karrubinin internet saytında həbs olunmuş nümayişçilərin ələ salınması və işgəncələrə məruz qalmalarıyla bağlı konkret hallar göstərilir, bir daha bildirilir ki, onlardan bəziləri həbsxanada işgəncədən ölüb.

Mehdi Karrubi hələ bundan əvvəl həbsxanalarda gənc qadın və oğlanların zorlandığını bəyan eləmişdi.

Parlamentin sədri Əli Laricani isə deyir ki, araşdırma zamanı bu cür faktlar aşkar edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG