Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:56

Qəzzədə baş vermiş atışmada azı 22 adam ölüb


Son məlumatlara görə Qəzzə bölməsində fələstin qrupları arasında baş vermiş silahlı toquşmada azı 22 nəfər ölüb, 150-ə yaxın adamsa yaralanıb.

Hazırda Qəzzəyə nəzarət edən HAMAS qrupunun nümayəndəsi bildirib ki, “Jund Ansar Allah” qrupunun lideri Abdel Lətif Musa da ölənlərin arasındadı.

Toqquşma dünən Rafah şəhərində başlayıb.

Buna səbəbsə şəriət qanunlarının tərəfdarı olan “Jund Ansar Allah ” qrupunun dünən Qəzzədə islam əmirliyi yaradılmasını elan edtməsi olub.

HAMAS-ın bölmələri qrupun 100-dən çox tərəfdarının yığışdığı məsçidi mühasirəyə alıb və bundan sonra artışma başlayıb.
XS
SM
MD
LG