Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:02

Göygöldə ümumi sahəsi 140 min kvadratmetr olan ərazi minadan təmizlənir


Partlayıcı silah-sursatlardan rayonun əsasən Qalan dağının üzərində, Dozlar və Erkəç kəndlərinə gedən yolun birləşməsində təmizlənmə işləri aparılır. İşlər başa çatdıqdan sonra ərazilər kəndlərin ixtiyarına veriləcək.

Bu barədə məlumatı ANAMA-nın regional bazasının müdiri Namiq Abbasov verib. Onun sözlərinə görə, iyul ayının 2-ci yarısından etibarən başlanan qazıntı işləri zamanı 1 ədəd 122 mmlik top mərmisi, 1 ədəd 82 mmlik pulemyot mərmisi, 1 ədəd OZM 72 minası aşkarlanaraq zərərsizləşdirilib.

Ümumi sahəsi 140 min kvadratmetr olan ərazinin 20-25 faizi artıq təmizlənib. Ərazinin tam təmizlənməsi işləri oktyabr ayının sonunda başa çatacaq.

Bu ərazilər cəbhə xətti olduğu üçün minalar və partlamamış hərbi sursatlar müharibə dövründən qalıb. Təmizləmə işləri Birləşmiş Avrasiya Mətbuat Fondunun ayırdığı vəsait hesabına aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG