Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:02
Bakı-Rostov dəmiryolunda partlayıcı qurğunun axtarışı başa çatıb. Artıq qatarların hərəkəti bərpa olunur.

Azərbaycan Dəmiryol İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzadlıqRadiosuna deyib ki, Bakı vaxtı ilə saat 15.45-də Tümen-Bakı qatarı yola düşüb. Amma yollar yüklü olduğundan Rusiya istiqamətində hərəkət edən Bakı-Tümen və Bakı-Xarkov qatarları hələlik növbə gözləyirlər. Yaxın saatlarda onların da yola düşəcəyi gözlənir.

Bakı-Rostov dəmiryolu xəttində partlayıcı qurğu yerləşdirildiyinə görə, dünən axşamdan bu xətdə qatarların hərəkəti dayandırılmışdı. Hadisə yerində Rusiya Təhlükəsizlik Xidməti işləyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG