Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:56

Gəncə sakini evini bir neçə dəfədir ki, qəsdən yandırır


Sonuncu dəfə dünən evini yandırması ehtimal edilən 42 yaşlı Gəncə şəhər sakini Həsənov Rüfət ciddi bədən xəsarəti alıb.

Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Təvəkkül Verdiyevin bildirdiyinə görə, avqustun 13-də saat 18 radələrində Gəncə şəhəri D.Qorqud küçəsində yanğın hadisəsi baş verib. Nəticədə mənzilin 1 kvadratmetri, eləcə də yanar materiallı ev əşyaları yanıb.

T.Verdiyev həmin ünvanda bir gün öncə də yanğın hadisəsinin baş verdiyini xatırladaraq, aparılmış araşdırmalar zamanı mənzilin qəsdən yandırılmasının müəyyənləşdirildiyini bildirib.

Yanğın nəticəsində ev sahibi bədən xəsarəti alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qarabağ müharibəsi əlili olan bu şəxsin evini nəyə görə yandırmaq istəməsinin səbəbləri araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG