Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14

Amerikalı senator Myanmaya səfər edib


Amerikalı demokrat senator Cim Ueb Myanmaya səfər edib. O, hərbi hökumətin nümayəndələri ilə danışıqlar aparacaq.

Gözlənilir ki, avqustun 15-də senator hərbi xuntanin rəhbəri general Tan Şve ilə görüşəcək.

Bu səfərdən əvvəl BMT Təhlükəsizlik Şurası myanmalı müxalifətçi Aun San Su Çinin həbsini pisləyib. Şuranın razılaşdırdığı sənəddə məhkəmə qərarının neqativ siyasi nəticələrindən danışılır.

Su Çin 18 aylığına ev dustaqlığına məhkum olunub. O, ev dustaqlığı qaydalarını pozmaqda ittiham olunur.

Müxalifətçi lider son 20 ilinin 14-nü ev dustqalığında keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG