Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:34

Rusiyanın Ukraynadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib


Ukrayna Xalq Partiyasının onlarla fəalı bu gün Kiyevdə Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar Rusiya prezidenti Medvedevin bugünlərdə ukraynalı həmkarına göndərdiyi məktubdakı ittihamlara etiraz ediblər. Onlar tələb ediblər ki, Medvedev fikirlərini geri götürsün və Ukraynadan üzr istəsin.

Partiya fəalları deyiblər ki, tələbləri yerinə yetirilməsə, etiraz aksiyalarını Ukraynaın digər şəhərlərindəki Rusiya konsulluqlarının qarşısında davam etdirəcəklər.

Avqustun 11-də Medvedev Yuşenkoya göndərdiyi məktubunda yazırdı ki, Ukrayna xarici siyasətdə Rusiya əleyhinə olduğu üçün səfirin Kiyevə getməsini təxirə salır.

Ukrayna prezidenti Viktor Yuşenko da bu gün cavabında bildirib ki, Moskva əlaqələrin korlanmasına görə məsuliyyətdən qaçmamalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG