Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:13

HRW İsraili dinc fələstinliləri öldürməkdə ittiham edir


Human Rights Watch insan hüquqlarını müdafiə təşkilatı bildirir ki, bu ilin əvvəlində Qəzzada hərbi əməliyyat apararkən İsrail əsgərləri yeddi müxtəlif yerdə ağ bayraq qaldıran 11 nəfər mülki adamı qətlə yetirib.

Həmin hadisələrdən birində iki qadın və üç uşaq bir ağ parçanı yuxarı qaldırıb evlərinin qarşısında durublarmış, amma İsrail əsgərləri onları güllələyib.
Başqa bir yerdə 2 və 7 yaşında olan iki qız uşağı öldürülüb, indi dörd yaşı olan başqa bir qız uşağı isə iflic olub.

Bu cür ittihamlara cavabında İsrail həmişə bildirir ki, heç vaxt qəsdən mülki adamları hədəfə almayıb.

Bu ilin əvvəlində 22 gün davam edən müharibə zamanı Qəzzada 1100 nəfər fələstinli həlak olub. Ölənlərin nə qədərinin mülki sakin olduğu məlum deyil.
Hamas yaraqlılarının atdığı raketlərdən də İsrail tərəfdən üç mülki adam, 10 da əsgər həlak olub.

Bu həftənin əvvəlində Human Rights Watch Həması da İsrail şəhərlərinə raket atmaqla müharibə cinayəti törətməkdə ittiham edib.
XS
SM
MD
LG