Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:41

NASA-nın Yeri qorumağa pulu yoxdur


ABŞ-ın kosmik agentliyi NASA-nın yerə təhlükə yarada biləcək bütün asteroidlərin qarşısını almağa kifayət qədər pulu yoxdur.

Bu barədə hökumətin yeni hesabatında deyilir.

Milli Elmlər Akademiyasından yayılan məlumatda deyilir ki, dörd il əvvəl Konqres NASA-ya Yerə təhlükə olan belə asteroidləri aşkar edib onların qarşısını almağı tapşırıb. Amma bu işi görmək üçün ona lazım olan yeni teleskopları qurmağa pul verməyib.

NASA hesab edir ki, Günəşin ətrafında 20 000 asteroid var. Onların hamısı Yerə potensial təhlükədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG