Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:59

Şimali Koreya cənublunu azadlığa buraxıb


Şimali Koreya 4 aydır həbsdə saxladığı Cənubi Koreyalını azadlığa buraxıb. Onun axşamacan evinə qayıdacağı gözlənilir.

«Hyundai Group»un işçisi Şimali Koreyanın siyasi quruluşunu pislədiyinə görə tutulmuşdu.

Onun azaldığa buraxılması iki ölkə arasında gərginliyin yumşalması kimi qəbul olunur.

1950-53-cü illər münaqişəsindən sonra Şimali və Cənubi Koreya arasında sülh müqaviləsi yox, barışıq olub, ona görə iki ölkə indiyə qədər rəsmən müharibə şəraitindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG