Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:56

«Brayzadan sonra biabırçılıq olacaq»


Metyu Brayza
Metyu Brayza
«Qrapark»:

Cümə günü axşam ABŞ səfirliyində ABŞ dövlət katibinin müavinin köməkçisi, ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayzanın şərəfinə tədbir zamanı «İrs» fraksiyasının katibi Larisa Alaverdyan iştirak edənlərdən birinin «Brayzadan sonra necə olacaq?» sualına hazırcavablıqla deyib: «Brayzadan sonra biabırçılıq olacaq».

«Aravot»:

Qəzet qondarma Dağlıq Qarabağ parlamentinin deputatı olduğunu deyən Qeqam Baqdasaryanın təhlükəsizliyə zəmanət verilməsi məsələsinə öz münasibətini təqdim edib.

«Bəyanatlar heç bir vaxt təhlükəsizliyin zəmanəti olmayıb. Real zəmanət tamamilə fərqli sahələrdə yerləşir». Ermənistanın sabiq müdafiə naziri Vazqen Manukyan bildirib ki, yeni müharibə Azərbaycana əl vermir və o müharibəyə başlamayacaq - Bu Qarabağın təhlükəsizliyinə zəmanət ola bilərmi?

«AJ»:


Yerevanda şənbəyə keçən gecə atəş səsləri eşidilib. Bu dəfə atəş açanlar Milli Məclisin deputatı Samvel Aleksanyan, Lfik Samonun adamları və Rostovun cinayət avtoriteti Samvelin oğulları olub.
Bu arada Lfikin adamlarından biri olan Qevorik kiçik oğurluğa görə iki ilə yaxın Birləşmiş Ərəb Əmirliyindəki həbsxanalardan birində yatıb, 1 milyon yarım dolların müqabilində azadlığa buraxılıb və 10 gün əvvəl Ermənistana qayıdıb.

Qevorikin qayıtması Lfikin «Parvana» restoranında qeyd olunub. Daha sonra gecə saatlarında «Ciani» restoranında qeyd olunarkən rostovlu Samonun oğulları ilə dava başlayıb. Məlumata görə sonuncular Qevoriki və Lfikin adamlarını qana bulanana qədər döyüblər.

Dava restorandan kənarda da davam edib və atışma olub. Hadisə yerinə gələn polislə rostovlu Samvelin oğullarını saxlayıb, Lfikin adamları isə qaçıb.

Bizə daxil olan məlumata görə məsələyə Navasard erməni apostol kilsəsinin Ararat Patriarx yeparxiyasının lideri yepiskop Kçoyan qarışıb. Sonuncu rostovlu Samvelin xaç ailəsi hesab olunur. Ona görə də aydındır ki, növbəti dəfə tərəflərdən heç biri cəzalandırılmayacaq.

«Jamakan»:

Əskəran rayonunun bir neçə sakini «Arçax Respublika» qrupuna birləşib və «Dağlıq Qarabağ Respublikasının adının Artsax Respublikasına dəyişdirilməsini tələb edirlər».

Azad olunmuş ərazilər milli maraqlar üçün həyati əhəmiyyətli ərazilər adlandırılmalı və azad iqtisadi zona elan olunmalıdır.

Erməni qaçqınların azad olunmuş ərazilərdə yerləşdirilməsi üçün ümumxalq məqsədli pul fondu yaradılmalıdır, bu zonada iqtisadi artım təmin olunmalı və bu yolla Azərbaycanla yaranmış uyğunsuzluq aradan qaldırılmalıdır.

«Qrapark» - Rusiya Türkiyə əlaqələrinin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri olacaq. Türkiyənin XİN Əhməd Davudoğlu Türkiyənin «Kanal 7»–nə müsahibəsində belə deyib:

«Heç şübhə yoxdur ki, Rusiya ilə Türkiyə arasında əlaqələrin yaxınlaşması Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək».

Qeyd edək ki, Rusiyanın baş naziri Vladimir Putin əvvəlki həftələrdə Türkiyəyə rəsmi səfər edib və ikitərəfli müqavilələr imzalanıb. Rusiya baş naziri bəyan edib ki, Türkiyə Qarabağ münaqişəsinin həlli üçün ciddi fəaliyyət göstərib.
XS
SM
MD
LG