Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:17

Yerevanda Azərbaycan filmləri festivalı keçiriləcək


Arminfo: Oktyabrda Yerevanda Azərbaycan filmlərinin festivalı keçiriləcək. Tədbirin təşkilatçısı Qafqaz sülhyaratma təşəbbüsü mərkəzidir.

Mərkəzin direktoru Qeirgiy Vanyanın Arminfo-ya verdiyi məlumata görə festivalda müxtəlif janrlı filmlər təqdim olunacaq: bədii, sənədli və animasiya. Hazırda festivalın proqramına qoşulmağa iddialı 50 filmə baxış keçirilib.

«Biz özümüz partnyorlarımızın vasitəsilə gənc azərbaycanlı rejisorlarla əlaqə yaratmağa çalışırıq. Və bizə artıq bir neçə kinematoqrafla əlaqə yaratmaq mümkün olub» – Vanyan deyir.

Qeyd olunduğu kimi yerli kinoteatrlardan savayı filmlər müraciətlər olarsa, fiziki şəxslər və təşkilatlar üçün də nümayiş olunacaq. Necə ki ötən il Yerevanda keçirilən türk kinosu festivalında olduğu kimi. Ən yaxşı film tamaşaçıların səsverməsi yolu ilə seçiləcək. Q. Vanyan vurğulayıb ki, festivalın keçirilməsində əsas məqsəd iki ölkə arasında dialoqa yardım etməkdir.

Qeyd edək ki, Azərbaycan kinosu festivalı ABŞ-ın Ermənistandakı səfirliyinin dəstəyi ilə keçiriləcək.

«AJ»:

Qarabağda mütəmadi olaraq planlı hərbi təlimlər keçirilir, ancaq heç bir təlaş və ya səfərbərlik yoxdur. Bu barədə «Tert.am» a telefon söhbətində qondarma Dağlıq Qarabağın prezidentinin mətbuat katibi David Babayan deyib.

«Qrapark» - Saxta erməni pasportlar

Saxta erməni pasportlar barəsində çox şey deyilib. Bu günlərdə «Zvartnoç» aeroportunda maraqlı insident baş verib. Rusiyadan gələn iki erməni – ana və qızı – buraxılış məntəqəsindən keçən zaman Ermənistan vətəndaşı pasportunu təqdim edib və onlara sənədlərin saxta olması barədə «xəbərdarlıq olunub».

Təhlükəsizlik və aeroportun buraxılış məntəqəsinin işçiləri xüsusi xidmət orqanlarına məlumat verməzdən əvvəl qadınlar kömək ümidi ilə Moskvaya zəng ediblər. Narahat olan ailə başçısı məsələnin həlli üçün çıxış yolları fikirləşib və ona oğrular dünyasının köməyindən yararlanmağı məsləhət görüblər. Deyiblər ki, bu Ermənistanda ən güclü və təhlükəsiz vasitədir. Həyat yoldaşı və qızı ilə əlaqə saxlayan kişi onları sakitləşdirib, deyib ki, məsələ həll olunacaq, «narahat olmasınlar». Və həqiqətən də həll ediblər... 12 min dollara.

ARMENPRESS: Ermənistan prezidenti məzuniyyətə gedir.

Ermənistan prezidenti Serj Sarkisyan bu gün 2 həftəlik məzuniyyətə çıxıb. Prezidentin mətbuat xidməti bildirib ki, o, məzuniyyətin bir neçə gününü xaricdə, qalan hissəsinin Ermənistanda keçirəcək.
XS
SM
MD
LG