Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:55

Vladimir Putin Abxaziyada səfərdədi


Rusiyanın baş naziri Vladimir Putin Abxaziyaya gedib.

Bu Moskvanın Gürcüstanın bu separatçı bölgəsini müstəqil dövlət kimi tanımasından sonra Vladimir Putinin Abxaziyaya ilk səfəridi.

Vladimir Putin səfər zamanı yerli rəhbərliklə iqtisadi əməkdaşlıq və digər məsələləri müzakirə edəcək.

Rusiya ötən ilin avqustunda Gürcüstana hərbi müdaxilədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı.

Vladimir Putin bu gün Abxaziyanın müdafiəsinə yarım milyard dollardan çox vəsait ayrılacağını vəd edib.

O həmçinin qeyd edib ki, avqust müharibəsi Gürcüstana dərs olmalıdı.

Hazırda Rusiyanın Abxaziya və Cənubi Osetiyada minlərlə canlı qüvvəsi və hərbi bazaları var.
XS
SM
MD
LG