Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:02

Məscidlər vergi qeydiyyatına durmadıqda...


Bakıda Türk Camesi
Bakıda Türk Camesi
Son vaxtlar cənub bölgəsində bütün məscidlərə vergi idarələrindən rəsmi məktublar göndərilir.

Şeyxülislam Allahşükür Paşazadənin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Lənkərandan Hacı Sədi deyir ki, artıq Lənkəran, Masallı, Astara məscidləri vergi qeydiyyatına durmadıqları halda cərimə və məhkəməyə veriləcəkləri ilə bağlı ikinci məktubu da alıblar. Halbuki, məscidlərdə heç maaş cədvəli də yoxdur.

Şeyxülislam Allahşükür Paşazadə isə deyir ki, vergi orqanlarının ianə puluna müdaxilə etməyə ixtiyarı yoxdur. Amma əgər məscidə təsərrüfat işlərindən, hansısa istehsaldan pul daxil olursa, buna görə vergi ödəmək olar.

Allahşükür Paşazadənin fikrincə, ola bilsin ki, vergi orqanlarının işçiləri bunu bilmirlər. Ancaq məscidlər öz hüquqlarını bilməlidirlər ki, belə vəziyyət yaranmasın.

QMİ-nin Nəzarət Təftiş Komitəsi isə bildirir ki, bəzi bələdiyyələr ziyarətgahlarda yığılan ianələri guya ərazidə abadlıq və sair işlər aparmaq adı ilə qərəzli şəkildə istifadə edirlər. Ona görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu işdə köməyinə ehtiyac var.

Sözügedən komitənin sədri Hidayət Orucov isə bu kimi məsələləri həll etmək üçün qurultayı gözləməyə ehtiyac olmadığını düşünür. O deyir ki, belə hallar barədə məktubla və ya qəbul günləri komitəyə müraciət edilsə, məsələ vaxtında həllini tapar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG