Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:37

Talibana qarşı yeni əməliyyat başlayıb


ABŞ-ın dəniz piyada qoşunları Əfqanıstanın cənubunda talibana qarşı əməliyyata başlayıb.

ABŞ ordusu bildirib ki, əməliyyatın məqsədi taliban yaraqlılarının gələn həftəyə nəzərdə tutulan seçkilərə mane olmasının qarşısını almaqdır.

Helmand vilayətinin Nəvzad rayonuna 400 dəniz piyada və 100 əfqan əsgər yerləşdirilib.

Bu arada nisbətən sakit şimali Gunduz vilayətində taliban yaraqlıları polis məntəqəsinə hücum edib, polis rəisi və azı bir nəfəri öldürüb.

Əfqanıstanda avqustun 20-də keçiriləcək prezident və əyalət şurasına seçkilərdən əvvəl yaraqlıların hücumlarının sayı artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG