Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Beynəlxalq Avropa Hərəkatının baş katibi gəlir


Avqustun 12-də Beynəlxalq Avropa Hərəkatının baş katibi Diogo Pinto Azərbaycana səfərə gəlir.

Onun prezident aparatında, Xarici İşlər Nazirliyində, Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyində, Milli Məclisdə, Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT, siyasi partiyaların təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.

Səfərdə əsas məqsəd Avropa Birliyi ilə Azərbaycan arasında imzalanmış Şərq Tərəfdaşlıq proqramı ilə bağlı bir sıra müzakirələr aparmaq, Azərbaycandakı ictimai siyasi durumla tanış olmaq, Azərbaycanın Avropaya inteqrasiyası yönündə bir sıra təkliflər verməkdir.

Səfər avqustun 14-nə kimi davam edəcək.
XS
SM
MD
LG