Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:09

Tacikistanda özəl radionun yayımı dayandırılıb


Avqustun 11-də Tacikistanda özəl "Imruz" ("Bu gün") radiosunun yayımı dayandırılıb. Bu radioya OrienBank nəzarət edirdi. OrienBank isə prezidentin yaxın qohumu Hassan Assadullozodanın bankı kimi tanınır.

Televiziya və radioların yayımına cavabdeh olan TajikTeleRadioCom dövlət müəssisəsnin nümayəndələri isə yayımın dayanmasına yalnız texniki problemlərin səbəb olduğunu deyiblər.

Bu radio Tacikistan hökumətini tənqid edən verilişlər hazırlayırdı.
XS
SM
MD
LG