Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:16

Metyu Brayzanı Tina Kaidanow əvəz edəcək


Lakin bu əvəzetmə əvvəl xəbər verdiyimiz kimi Minsk qrupu həmsədri deyil, Dovlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçı müavini vəzifəsində olacaq (qeyri-dəqiqliyə görə uzr istəyirik)

Tina Kaidanow

ABŞ Dövlət Departamenti Qafqazdakı diplomatlarını dəyişir.

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza Tbilisidə olarkən bildirib ki, onu karyeralı diplomat Tina Kaidanow əvəz edəcək.

O, 2006-cı ildən ABŞ-ın Kosovo missiyasının sədri, Amerikanın Priştinada fövqəladə və səlahiyyətli nümayəndəsi vəsifəsinə təyin edilib. 2008-ci ilin iyulunda, Kosovonun müstəqilliyi tanınandan sonra ABŞ-ın Kosovo Respublikasında səfiri olub.

Kosovoya Sarayevodan gələn xanım Kaidanow 3 il ərzində burada Amerika səfirliyi nəzdində xüsisi missiyanın sədri müavini işləyib. Bundan əvvəl isə Amerika dövlət katibinin Avropa işləri üzrə müavini Richard Armitagın xüsusi koməkçisi olub.

Amerika diplomatik korpusunun Balkan regionunda apardığı siyasətin fəal iştirakçısı olan xanim Kaidanow 1997-1999-cu illərdə Skopye, Sarayevo və Belqradda calışıb. Onun əsas fəaliyyət istiqamətlərindən biri də Kosovo böhranının həlli məsələsi olub.

Pensilvaniya və Columbia Universitetində təhsil alıb. Siyasətşünaslıq üzrə doktorluq dərəcəsi var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG